Image
Loading
Image
May 08,2024

Qərbi azərbaycanlılara qaçqın statusu VERİLMƏLİDİR

Bu gün qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı dövlətin prioritet vəzifələrindən biridir. Bunun həyata keçirilməsi üçün müvafiq işlərə başlanılıb. Artıq mərhələli şəkildə Qarabağa keçmiş məcburi köçkünlərin mərhələli yerləşdirilməsi prosesi gedir. Bununla da, Qarabağa yerləşdirilən keçmiş məcburi köçkünlərin qaçqınlıq statusu və onlara edilən imtiyazlar ləğv olunur. Bununla da dövlətin maliyyə yükü də azalmlş olur. Bəs qərbi azərbaycanlılara qaçqılıq statusu verilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq, hərbi ekspert Telman Qasımov deyib ki, zamanında İrəvandan məcburi çıxarılan azərbaycanlılar məcburi köçkünlərə edilən imtiyazlardan yararlana bilirdilər. Amma 1995-ci ildən sonra bunların hamısı ləğv olundu:

"Amma 1995-ci ildən sonra bunların hamısı ləğv olundu. Yəni bizim statusumuz dayandırıldı. İndi isə dövlət qarışısına məqsəd qoyub. Qərbi azərbaycanlıların öz vətənlərinə qayıdış məsələsi bu gün aktuallığını qoruyub saxlayır. Ona görə biz vətənə qayıtmaqdan ötəri status almalıyıq. Biz qaçqınıq ki, yurdumuza qayıtmaq istəyirik. Biz necə ola bilər ki, həm Azərbaycanın, həm də Ermənistanın vətəndaşı olaq? Biz bu statusu əldə etməliyik. Qayıdışın real olaraq həyata keçməsi üçün bizim statusumuz müəyyənməlidir".

Ekspertin sözlərinə görə, həmin imtiyazlar qərbi azərbaycanlılara qaytarılmalıdır. Belə olan təqdirdə söydaşlarımız həm də beynəlxalq aləmdə qaçqın kimi tanınmış bilər. Ona görə də bunların olmasının ziyanı yoxdur:

"Həm Qarabağ, həm qərbi azərbaycanlıların birlikdə statusu ölkəyə özü bir yük idi. İndi Qarabağ işğaldan azad olunub. Artıq orada yenidənqurma işləri həyata keçirilir və keçmiş məcburi köçkünlərin Qarabağa yerləşdirilməsi prosesi gedir. Eyni zamanda Qarabağa yerləşdirilən keçmiş məcburi köçkünlərin qaçqınlıq statusuda, onlara verilən imtiyazlarda ləğv olunur. Bu baxımdan dövlətimizin yüküdə azaldı. Bu baxımdan qərbi azərbaycanlılara qaçqınlıq statusunu bərpa etsək bizim ziyanımıza deyil. Çünki bizim statusumuzun müəyyənləşməsi üçün imtiyazlar verilməlidir. Dünyada imtiyazsız qaçqın yoxdur. Qaçqın imtiyaz almalıdır, yardımlar edilməlidir. Eyni zamanda beynəlxalq siyahıya düşmüş oluruq. Bu məsələlər həqiqətən aktual problemdir. Qərbi Azərbaycana qayıdış məsələsi bizim önümüzdə durur".

Image